İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli Matəm Günü elan edilib.
KONKRET.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyanın Prezidenti, ölkənin iqtisadiyyat naziri Gi Parmelen “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib.
Gi Parmelen deyib ki, Kran-Montana kurortunda barda yanğında 40 nəfərin həyatını itirməsiylə əlaqədar 9 yanvar Milli Matəm Günü elan ediləcək.
Saat 14:00-da Kran-Montanada matəm mərasimi başlayan zaman İsveçrənin bütün kilsələrində zənglər çalınacaq. Ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Prezident anım mərasimində iştirak edəcəyini söyləyib.
