“İsveçrədə keçiriləcək konfrans danışıqlar üçün əsas yaradacaq”backend

“İsveçrədə keçiriləcək konfrans danışıqlar üçün əsas yaradacaq

İyun ayında keçiriləcək Ukrayna Sülh Konfransı sülhə nail olmaq üçün perspektivlərin və imkanların qiymətləndirilməsində mühüm rol oynayacaq.

KONKRET.az xəbər verir ki, bu fikri TASS müxbirinə eksklüziv müsahibəsində papanın Ukrayna üzrə elçisi, İtaliya yepiskopları konfransının rəhbəri, kardinal Matteo Zuppi söyləyib.

“Ümid edək ki, bu, növbəti addımlar və zəmin hazırlamaq üçün təməlin qoyulmasında faydalı olacaq”, – kardinal bildirib.

Sülh perspektivlərindən danışan kardinal gərginliyin artmasına imkan verməməyin vacib olduğunu qeyd edərək, Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Parolinin bu məsələ ilə bağlı bəyanatının vacibliyini vurğulayıb.

“Düşünürəm ki, Avropanın münaqişənin danışıqlar yolu ilə həllini təşviq etmək üçün böyük məsuliyyəti var və ədalətli, davamlı sülh nizamlanmasına nail olmaq üçün başqa əsas ola bilməz” – o deyib. (Apa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*