İtaliya mediası: “Hazırda cəbhədə Suriyadan gəlmiş bir döyüşçü belə, yoxdur”backend

İtaliya mediası: "Hazırda cəbhədə Suriyadan gəlmiş bir döyüşçü belə, yoxdur"

Son günlər beynəlxalq, o cümlədən İtaliya mətbuatında erməni təbliğatçılarının beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı yalan xəbərlərə cavab olaraq, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi bəzi məqamlara aydınlıq gətirib.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Rusiyanın “Rusiya-1” telekanalının “60 dəqiqə” verilişinə müsahibəsində Ermənistanın Azərbaycana qarşı təxribatından sonra başlamış və davam etməkdə olan hərbi toqquşmalarla bağlı bir sıra məqamlara aydınlıq gətirib. Ermənilərin təcavüzü nəticəsində Azərbaycan 2 uşaq da daxil olmaqla, 10-dan çox mülki vətəndaşını itirib.

Türkiyənin rolu

Türkiyə bölgədə sabitləşdirici rola malikdir və onun dərhal öz dəstəyini ifadə etdiyi Azərbaycanla qardaşlıq, müttəfiq münasibətləri var. Türkiyə bu işdə Bakıya sadəcə, mənəvi dəstəyini ifadə edir. Başqa dəstəkdən söhbət gedə bilməz. Yəni, Ankara bu münaqişədə hər hansı formada iştirak etmir. Odur ki, Ermənistan tərəfinin guya Türkiyənin münaqişə tərəfi olduğuna dair yalan xəbərləri təxribatdan başqa bir şey deyil. Azərbaycanın öz ordusu xalqını və ərazi bütövlüyünü qorumaq iqtidarındadır və buna daima hazırdır.

Ermənistana məxsus qırıcının Türkiyə hərbi təyyarəsi tərəfindən vurulması

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları hərbi əməliyyatlarda heç bir şəkildə iştirak etmir. Peyk müşahidələri sayəsində bu məlumatların da erməni tərəfinin növbəti təxribatı olduğunu sübut etmək çox asandır. Bu yalanların və uydurma məlumatların yalnız bir səbəbi var: Ermənistan tərəfi müharibənin miqyasının genişləndiyini bildirmək, məsələyə guya artıq üçüncü tərəfin də qatıldığı görüntüsü yaratmaq, bununla da daha çox ölkəni münaqişəyə cəlb etmək istəyir. Türkiyə münaqişənin tərəfi deyil, heç bir şəkildə bu münaqişədə iştirak etmir və buna ehtiyac da yoxdur.

Danışıqlar

Azərbaycan hər zaman danışıqlarda konstruktivlik göstərib. Ermənistan tərəfi isə baş nazir Nikol Paşinyanın timsalında “Qarabağ Ermənistandır və nöqtə” deyərək, qəsdən danışıqlar prosesini pozub, “Dağlıq Qarabağ Respublikası” adlı qeyri-qanuni oyuncaq rejimi prosesə qoşmağa çalışmaqla, danışıqların formatını dəyişdirməyə çəhd göstərib. Amma bilmək lazımdır ki, bu münaqişənin iki tərəfi var və bunlar Ermənistanla Azərbaycandır. Ermənistan status-kvonu qoruyub saxlamağa can atır. Halbuki, ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyan ediblər ki, hazırkı vəziyyət qəbuledilməzdir. Problemin həlli üçün məhz Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərin mahiyyəti işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasından ibarətdir.

27 sentyabrdan öncə

Ermənistan bu müharibəyə əvvəldən hazırlaşıb. Bunu onların iyuldakı hücumları, avqustda Azərbaycan ərazisinə təxribatçı qruplar göndərməsi, Livandan ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülməsi də sübut edir. Bu insanların məskunlaşdırıldığı ərazilər arasında Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşa şəhəri də var. Yeri gəlmişkən, Dağlıq Qarabağdakı cinayətkar rejimin rəhbərliyi hakimiyyətə gəlməsilə bağlı mərasimi məhz bu şəhərdə keçirib.

Ermənistan hər zaman baş nazirinin timsalında xalqın diqqətini ölkədəki ağır sosial-iqtisadi böhrandan, verilmiş vədlərə əməl olunmamasından yayındırmağa çalışıb.

Suriyalı mücahirlər

Hazırda cəbhədə Suriyadan gəlmiş bir döyüşçü belə, yoxdur. Bu, sübutu olmayan daha bir erməni yalanıdır. Azərbaycanın təlim keçmiş ordusu, çox böyük səfərbərlik ehtiyatı mövcuddur. İki milyonluq əhalisi olan Ermənistanla müqayisədə on milyon əhaliyə malik Azərbaycanın əlavə insan resurslarına ehtiyacı yoxdur.

Politicamentecorretto, İtaliya
02.10.2020

(İtalyan dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Politicamentecorretto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*