İtkin düşən məşhur teleaparıcı ölü TAPILDIbackend

İtkin düşən məşhur teleaparıcı ölü TAPILDI

Yunanıstanın Simi adasında itkin düşən altmış yeddi yaşlı britaniyalı teleaparıcı Maykl Mosli ölü tapılıb.

KONKRET.az xəbər verir ki, o, çərşənbə günü qızmar istidə sahil yolu ilə təkbaşına gəzintiyə çıxdıqdan sonra itkin düşmüşdü. Polis rəsmiləri bu gün onun cəsədinin qayalıq və dənizə yaxın ərazidə tapıldığını bildirib. Onun hər hansı qəza keçirib-keçirmədiyi və ya özünü pis hiss edib-etmədiyi bəlli deyil.

Maykl Mosli Britaniya telekanallarında səhiyyə ilə bağlı proqramlarda aparıcılıq edib. O, “This Morning” və “The One Show” kimi televiziya proqramlarında, həmçinin BBC kanalında yayımlanan “Trust Me, I’m A Doctor” proqramının aparıcılarından biri olub. Maykl Musli “Royal Free Hospital”da tibb təhsili alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*