Mayın 14-də itkin düşən Qəbələ sakini tapılıb.
KONKRET.az-ın məlumatına görə, rayonunun Daşca kənd sakini, 30 yaşlı Hümbətov Elmin Firidun oğlu polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elmin Hümbətov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmamışdı.