İtkin düşərək tapılan 4 nəfər ailəsinə təhvil verildi, ekspertiza təyin olundubackend

İtkin düşərək tapılan 4 nəfər ailəsinə təhvil verildi, ekspertiza təyin olundu

Yevlaxda itkin düşərək tapılan 4 nəfər ailəsinə təhvil verilib.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, martın 20-də Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Ərəş kənd sakinləri – 2009-cu il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlunun yeri müəyyən edilərək valideynlərinə təhvil verilib.

Quliyeva Sona Səyyaf qızına və Musayeva Aysu Nəsimi qızına qarşı zor tətbiq edilib-edilməsini müəyyən etmək məqsədilə müvafiq məhkəmə tibbi ekspertizası təyin olunub.

Onlar 8-ci sinif şagirdləri olub. Evdən bayram şənliyinə getmək adı ilə çıxıblarmış.

Fakt üzrə Yevlax RPŞ-də araşdırılma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*