İyunun 13-dən sonra İranın “Sepah” zabitləri itibbackend

İyunun 13-dən sonra İranın “Sepah” zabitləri itib

İyunun 13-də İsrailin İrana qarşı hərbi hava hücumlarının başlanmasından sonra onlarla “Sepah” və İran ordusunun komandiri itkin düşüb. Onlar nə toplantılarda iştirak edir, nə də mediada görünürlər.

KONKRET.az xəbər verir ki, xarici “Washington Post” nəşri iranlı mənbələrə istinadən bildirir ki, hazırda həmin komandirlərin İsrail tərəfindən öldürülüb-öldürülmədiyi, ölkədən qaçıb-qaçmadıqları və ya həbs olunduqları barədə dəqiq məlumat yoxdur.

Qeyd olunur ki, İsrail eyni zamanda bu hücumla bağlı iranlı hərbçilərə və rəsmilərə mesajlar göndərərək xidmət etdikləri vəzifələri tərk etmələrini tələb edib. Mesajlarda imtina edənlərin öldürüləcəyi ilə bağlı xəbərdarlıq da yer alıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*