Kadırov yeni batalyon YARATDIbackend

Kadırov yeni batalyon YARATDI

Çeçenistan rəhbəri Ramzan Kadırov yeni batalyonun yaradıldığını deyib.

KONKRET.az xəbər verir ki, o, birləşmənin yerləşəcəyi bazanın tikintisini elan edib.

“Komandir Bexan Çalayevin rəhbərliyi altında bölmə 300 döyüşçüdən ibarət olacaq”, – deyə Kadırov bildirib.

O əlavə edib ki, Baysanqur Benoyevski adına batalyon Şimali Qafqaz Dairəsinin Milli Qvardiyasının strukturuna daxil olacaq.

Baysanqur Benoyevski 19-cu əsrin çeçen komandiri və 1860-1861-ci illər üsyanının liderlərindən biridir. Respublikada bir neçə küçə onun adını daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*