Kadırovu təhqir edən dağıstanlı yoxa çıxdıbackend

Kadırovu təhqir edən dağıstanlı yoxa çıxdı

Rusiya Federasiyasının subyektlərindən biri Çeçenistanın prezidenti sayılan Ramzan Kadırovun onu təhqir edən şəxsi cəzalandırdığı iddia olunur. Təhqirə yol verən dağıstanlı yoxa çıxıb.

KONKRET.az xəbər verir ki, Dərbənd sakini Səidaydın Mustafayev Qroznı səfərindən evə qayıtmayıb. O, dostları Hakim Əsgərov və Nillan Əliyevlə “Lada” avtomobilində Çeçenistan paytaxtına yollanıb. İndi nə maşından xəbər var, nə də dağıstanlılardan.

Səidaydın Mustafayev dəfələrlə sosial şəbəkələrdə Kadırovu təhqir edirmiş. 35 yaşlı kişi videoların birində çeçen rəhbəri “saqqallı marionet” adlandırmışdı. Keçən ilin yayında dağıstanlılarla çeçenlər arasında dava düşəndə Kadırov onun xalqını təhqir edənin barmaqlarını sındırıb dilini kəsəcəyini bildirmişdi.

Mustafayevin yaxınları inanır ki, Səidaydını məhz Çeçenistan prezidenti oğurlatdırıb. Amma Hakim Əsgərovla Nillan Əliyev heç vaxt Kadırova toxunacaq ifadə işlətməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*