Kadırovun 175 min dollar dəyərində boks dəsti jurnalistləri ŞOKA SALDI – FOTO/VİDEObackend

Kadırovun 175 min dollar dəyərində boks dəsti jurnalistləri ŞOKA SALDI - FOTO/VİDEO

Kadırovun 175 min dollar dəyərində Louis Vuitton boks torbası (qruşa) var.

KONKRET.az xəbər verir ki, bu barədə CTD Telegram kanalı məlumat yayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırovla müsahibə zamanı jurnalistlərin diqqəti maraqlı əşyaya yönəlib. Çeçenistan rəhbəri Ramzan Kadırovun ofisində şok məbləğdə – 175 min dollar dəyərində Louis Vuitton boks yumruq torbası var.

Qeyd olunur ki, bu dəstə həmçinin saxlama şkafı, boks əlcəkləri, çanta və çamadan da daxildir.

Dəstlər 2014-cü ildə brendin 160 illik yubileyi üçün buraxılıb. Kanal qeyd edir ki, ümumilikdə 25 belə dəst hazırlanıb, onlardan biri Ramzan Kadırova məxsusdur.

Jurnalistlər Ramzan Kadırovdan soruşanda ki, bu qədər “Pul haradan gəlir?”, o cavab verir ki, “Allahdan!”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*