Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırova təltiflərin verilməsi davam edir.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev ona “Rusiyanın Əmək Şücaəti” ordeni və “ “Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə” medalını təqdim edib.
Xatırladaq ki, noyabrın 15-də Adəm Kadırov 1-ci dərəcəli “İslam dininə xidmətə görə” medalı ilə təltif edilib. Mükafatı Çeçenistan Respublikasının müftisi Salah-Hadji Mejiyev şəxsən təqdim edib.
Qeyd edək ki, oktyabrın sonlarından Adam Kadırova təkcə Çeçenistanda deyil, Rusiyanın digər regionlarında da bir neçə mükafat təqdim olunub. Belə ki, Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Çeçenistan rəhbərinin oğlunu respublikanın ali mükafatı – Qaraçay-Çərkəz qarşısında xidmətlərinə görə ordeni ilə təltif edib.
Noyabrın əvvəlində Kadırovun 15 yaşlı oğlu respublika başçısının təhlükəsizlik idarəsinin rəisi təyin edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az