Kaliforniyada daşqınlar CAN ALDIbackend

Kaliforniyada daşqınlar CAN ALDI

Kaliforniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 14 nəfər ölüb.

KONKRET.az yerli mətbuata istinadən xəbər verir ki, ştatın mərkəzi və şimal hissələri yenidən güclü yağış və tufanlara məruz qalıb.

“Daşqın, qaya uçması və sürüşmə, eləcə də güclü qar yağması riski var. Bu isə yolların bağlanması və qar uçqunu ehtimalını artırır”, – ştatın Nəqliyyat Departamentinin tviterində yazılıb.

Qeyd edək ki, dünən ştatda fövqəladə vəziyyət elan edilib və insanların təbii fəlakət zonasından təxliyəsi ilə bağlı tövsiyələr verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*