Kamçatkada 4,9 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Tədqiqat Mərkəzinin Kamçatka şöbəsi məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 147 km məsafədə baş verib. Zəlzələnin episentri 43,1 km dərinlikdə yerləşib.
