Ərdoğan sabah Putinlə danışacaqbackend

Ərdoğan sabah Putinlə danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefonla danışacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Ərdoğan bu barədə G20 Liderlər Zirvəsindən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması yolunda əlimizdən gələni edəcək. Biz bu məsələ ilə bağlı tam səfərbərlik elan etmişik və inşallah buna nail olacağıq.

Zelenski ilə keçən həftə Ankarada görüşdük, sabah isə Putinlə telefonla danışacağıq. Taxıl dəhlizi ilə bağlı səylərimiz, əslində, sülhə yol açmaq məqsədi daşıyırdı”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*