Kamera yoldaşları həbsxanada Sarkozini ələ salıblarbackend

Kamera yoldaşları həbsxanada Sarkozini ələ salıblar

Fransanın keçmiş prezidenti Nikola Sarkozi yerləşdirildiyi həbsxanada ağır şəraitlə üzləşib. Digər məhbuslar onu daimi olaraq ələ salırlar və yuxuya getməsinə mane olurlar.

KONKRET.az xəbər verir ki, “Sarkozini həbsxanaya gəldiyi ilk gündə balaca boyuna görə kamera yoldaşları ələ salıblar”, – deyə “Daily Mail” nəşri bildirib.

Qeyd edilir ki, məhbuslar qışqıraraq təhqiramiz ifadələr işlədiblər və keçmiş dövlət başçısından danışanda ayağa qalxıb başını göstərməsini (balaca boyuna işarə edərək-red.) tələb ediblər. İnsidentlərdən biri zamanı iki nəzarətçi Sarkozinin kamerasına gəlib, mübahisəni sakitləşdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*