Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib.
KONKRET.az xəbər verir ki, o xüsusi karantin rejimini pozduğuna görə Nərimanov rayon məhkəməsinin hökmü ilə 10 sutka həbs cəzası alıb.
İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib.
O sosial şəbəkədə belə yazıb:
“Bu sözlər, mənə bu gün, çox pis təsir elədi. Kamil,Məhkəmədən sonra övladı ilə telfonda danışdı : “Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam”.
Qeyd edək ki, Kamil Zeynallı karantin dövründə kasıb ailələrə etdiyi yardımları ilə bir çox sosial media istifadəçilərinin rəğbətini qazanmışdı.
Kamil qardaş belə ittihamların Səni bu xeyriyəçi ruhundan çökmənə yol açacağına inanmırıq.Azəri xalqı olaraq Sənin yanındayıq və Səni dəstəkləyirik.Allah səni balanın ailənin üstündən əksik etməsin.Amin Allah.!!!!!!
Onuda bilki xalqın gözü tərəzidir.
Kimin xaqlı kimin naxaq olduğunu yaxşı bilir.