Kanadanın XİN başçısı Ermənistanın mina xəritələrini verməməsi barədə məlumatlandırıldı – FOTObackend

Kanadanın XİN başçısı Ermənistanın mina xəritələrini verməməsi barədə məlumatlandırıldı 

Aprelin 23-də Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri (KAŞ) Kanadanın Xarici İşlər naziri Mark Qarno ilə görüşüb.

KONKRET.az  xəbər verir ki, görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib. Görüş zamanı nazir Qarnoya ötən ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyün bərpa etməsi və hərbi əməliyyatların dayandırılmasından sonrakı vəziyyətlə əlaqədar məlumat verilib.

Nazir Qarno deyilən fikirləri diqqətlə dinləyib və baş vermiş hərbi əməliyyatlar və eləcə də müharibədən sonrakı vəziyyət ilə əlaqədar tam məlumatlı olduğunu bildirib. O, KAŞ-ın bu sahədə fəaliyyətindən xəbərdar olduğunu və qaldırılan məsələlərin vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, sözügedən məsələlər onun rəhbərlik etdiyi qurumun diqqətindədir və Kanada Xarici İşlər Nazirliyi bu məsələ barədə qərarlar qəbul etmək üçün çalışdıqlarını bildirib.

Görüşdə KAŞ-ın İdarə Heyətinin üzvləri və Edmonton, Kalqari və Torontodan olan fəalları iştirak ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*