backend

"Kapitulyasiyanın ildönümünə görə 9-10 noyabrda İrəvanda MİTİNQYÜRÜŞLƏR OLACAQ" - Manukyan

Eks-prezident Robert Koçaryanın bloku noyabrın 9-10-da mitinq və yürüşlər keçirəcək.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan müxalifətçi deputat  Qeqam Manukyan Facebook səhifəsində  yazıb. O, mitinq və yürüşlərin keçiriləcəyi yer və tarix barədə məlumat verib.

“Ermənistan” blokunun üzvü olan Daşnaksütyun partiyası artıq Azadlıq Meydanında mitinqlərin keçirilməsi barədə İrəvan Bələdiyyəsinə məlumat verib”.

Meriyanın mətbuat xidməti qeyd edib ki, göstərilən günlərdə saat 18:00-dan 20:30-a kimi mitinq keçirməklə bağlı müraciəti nəzərə alıblar.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*