“Karib dənizinin quldurları” filminin 6-cı HİSSƏSİ – Conni Depp SİYAHIDADIRbackend

"Karib dənizinin quldurları" filminin 6-cı HİSSƏSİ - Conni Depp SİYAHIDADIR

Populyar aktyor Conni Depp “Karib dənizinin quldurları” filminin 6-cı bölümündə çəkiləcək. Belə ki, ekran əsərinin aktyorlar siyahısında Conninin də adı var.

KONKRET.az xəbər verir ki, çəkilişlər 2023-ün fevralında Böyük Britaniyada start götürəcək.

Filmin əvvəlki 5 hissəsinin videoicarə gəliri 4.1 milyard dollar təşkil edib. Təkcə Depp 240 milyon dollar qazanıb.

Conni Deppin çəkilişlərdə iştirakı eks həyat yoldaşı Ember Herd ilə yaşadığı məhkəmə işinə görə sual altında idi. Lakin Depp məhkəmədə qaldırılan işi qazanıb. Emberin ona böhtan atdığı təsdiqlənib. Eks həyat yoldaşı Coniyə 10 milyon təzminat ödəməklə yanaşı, 350 min dollar cərimələnib.

Xatırladaq ki, 2009-da tanış olan cütlük 2015-2016-cı illərdə ailəli olublar. 2016-cı ildə aktrisa aktyor ərini ev zorakılığında ittiham edərək boşanma tələbilə məhkəməyə verib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*