Karles Puçdemon İtaliyada saxlanıldıbackend

Karles Puçdemon İtaliyada saxlanıldı

İspaniya Ali Məhkəməsi tərəfindən barəsində axtarış elan edilən Avropa Parlamentinin deputatı və Kataloniya Muxtar Vilayəti hökumətinin keçmiş rəhbəri Karles Puçdemon bir iclasa qatılmaq üçün getdiyi İtaliyanın Sardiniya adasında saxlanılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Puçdemon cümə günü məhkəməyə çıxarılacaq.

Puçdemonun ofisinin yaydığı açıqlamaya görə, Adilfolk Beynəlxalq Görüş iclasına qatılmaq, Sardiniya bölgəsinin rəhbəri və Alqero bələdiyyə sədri ilə görüşlər üçün Brüsseldən Alqeroya gedən Puçdemon hava limanında sərhəd polisi tərəfindən saxlanılıb.

Sassaridə keçiriləcək məhkəmədə onun azadlığa buraxılması və ya ekstradisiyası ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, 2017-ci ildə Kataloniya parlamenti müstəqillik haqqında qətnamə qəbul edib. İspaniya hökuməti isə vilayət parlamentinin buraxıldığını elan edib. Bundan sonra Puçdemon vəzifədən kənarlaşdırılıb. O, İspaniyadan Belçikaya qaçıb. İspaniya Ali Məhkəməsi onun həbsi barədə order verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*