Keçmiş baş katib: “Finlandiya və İsveç dərhal NATO-nun üzvü ola bilər”backend

Keçmiş baş katib: “Finlandiya və İsveç dərhal NATO-nun üzvü ola bilər”

“Finlandiya və İsveç NATO-ya üzvülüklə bağlı müraciət etdikdən bir gün sonra Alyansa qəbul olunar. Bu məsələ Ukraynaya edilən hücumdan sonra müzakirə edilə bilər”.

KONKRET.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen bəyan edib.

“Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə (təşkilata -red.) dərhal qərar verə bilərik. Siz ertəsi gün üzv ola biləcəksiniz, çünki bütün lazımi üzvlük meyarlarına cavab verirsiniz”, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, Rusiya NATO rəsmiləri ilə danışıqlarda Avropadan Alyansın genişlənməsinə veto qoymağı tələb edib.

“NATO-nun qapısı açıq olacaq. Və biz istəmirik ki, Rusiya Prezidenti Vladimir Putin qapıçı olsun. Düşünürəm ki, Rusiyanın hücumu Finlandiya və İsveçdə NATO-ya üzvlüklə bağlı müzakirələrə səbəb olacaq. Ona görə də Ukraynaya hücum Putinə baha başa gələcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*