Keçmiş baş nazir haqda ŞOK QƏRAR: “Ekstremistlər və terrorçular” siyahısına daxil edildibackend

Keçmiş baş nazir haqda ŞOK QƏRAR: “Ekstremistlər və terrorçular” siyahısına daxil edildi

Rusiya Maliyyə Monitorinqi Xidməti (Rosfinmonitorinq) keçmiş baş nazir Mixail Kasyanovu və iqtisadçı Sergey Quriyevi “ekstremistlər və terrorçular” siyahısına əlavə edib.

KONKRET.az xəbər verir ki, bundan əvvəl onlar Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən araşdırılan hakimiyyətin ələ keçirilməsi və terrorçu icmanın təşkili işi çərçivəsində şübhəli şəxs qismində tanınıblar. Bu iş onların Rusiyada arzuolunmaz təşkilat kimi tanınmış “Rusiya Antimüharibə Komitəsi”ndə iştirakı ilə əlaqələndirilir. FSB-nin versiyasına görə, həmin komitənin məqsədi “hakimiyyətin zorla ələ keçirilməsi və Rusiyanın konstitusiya quruluşunun dəyişdirilməsi”dir.

Sergey Quriyev

Kasyanov prezident Putinin birinci müddəti dövründə baş nazir vəzifəsini tutub və 2004-cü ilin fevralında istefaya göndərilib. O, 2022-ci ildə ölkəni tərk edib və Rusiyanın Ukraynaya təcavüzünü tənqid edib. 2023-cü ilin noyabrında Rusiya Kasyanovu “xarici agent” elan edib.

Quriyev — Avropa Yenidənqurma və İnkişaf Bankının keçmiş baş iqtisadçısı, hazırda London Biznes Məktəbinin dekanıdır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*