Keçmiş polis əməkdaşını avtomobil vurdubackend

Keçmiş polis əməkdaşını avtomobil vurdu

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

KONKRET.az xəbər verir ki, “VAZ-2107” markalı 54 BG 680 dövlət nömrə nişanlı avtomobil Hacıqabul şəhərində Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.

Ağır kəllə-beyin travması alan yaralı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 30 yaşlı  Ş.Cəfərov keçmiş polis əməkdaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*