Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev dövlət mükafatlarından məhrum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Bazar ertəsi hazırkı dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Qırğızıstan Prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Atambayevin dövlət mükafatlarından məhrum edilməsi haqqında fərman imzalayıb”, – məlumatda deyilir.
Sərəncama əsasən, Atambayev ən yüksək fəxri adı olan “Qırğızıstan Respublikasının Qəhrəmanı”, 2-ci dərəcəli “Manas” ordeni, “Danaker” (barışdıran) ordeni və “Dank” (“Şöhrət”) medalı ilə təltif edilib.
Yeri gəlmişkən, iyunun 3-də Bişkekin rayon məhkəməsi keçmiş prezident Atambayevi, əmlakı müsadirə olunmaqla qiyabi olaraq, 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Prezident Administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov və parlamentin keçmiş üzvü Rəvşən Jeenbekovun hər biri 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
