Kəlbəcərdə çörək sexində vətəndaşa qarşı qanunsuzluq – VİDEObackend

Kəlbəcərdə çörək sexində vətəndaşa qarşı qanunsuzluq – VİDEO

Kəlbəcər rayon İstibulaq kənd sakini Məmmədquluyev Həsrət Elman oğlu Kəlbəcər rayonu ərazisində yerləşən çalışdığı çörək sexində əmək hüquqlarının pozulması ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Bu barədə KONKRET.az-a Baş Prokurorluqdan bildirilib.

Müraciət üzrə əhəmiyyət kəsb edən şəxslərin izahatları alınmış, o cümlədən digər zəruri zəruri tədbirlər görülüb.

Araşdırmanın nəticəsində məsələ müsbət həllini tapmış və H.Məmmədquluyevin müraciəti təmin olunub.

Prokurorluğa müraciət edərək məmnun qalan Həsrət Məmmədquluyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*