Kəlbəcərdə jurnalistlərin minaya düşmə anının görüntüləri – ANBAAN VİDEObackend

Kəlbəcərdə jurnalistlərin minaya düşmə anının görüntüləri - ANBAAN VİDEO

İyunun 4-də xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düşmə anının görüntüləri yayılıb.

KONKRET.az TQ kanallarına istinad edərək görüntüləri əldə edib.

Görüntüləri minaya düşən nəqliyyat vasitəsində qabaq tərəfdə oturmuş şəxslərdən biri çəkib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*