Kəlbəcərdə Şəhidlər lövhəsini sökənlər axtarılır – VİDEObackend

Kəlbəcərdə Şəhidlər lövhəsini sökənlər axtarılır - VİDEO

Kəlbəcər rayonunda xoşagəlməz, eyni zamanda, müəmmalı hadisə baş verib. Belə ki, rayonun Comərd kəndinin bir qrup sakini torpaqlar işğaldan azad ediləndən sonra Qarabağ müharibəsində şəhid olmuş həmkəndlilərinin fotoları vurulan lövhə hazırlayıblar. Lövhə dəmir dayaqlarla kənddə yolun kənarında quraşdırılıb. Bir müddət sonra təkrar kəndə gedən sakinlər şəhidlərin rəsmləri vurulan lövhənin çıxarılaraq, yol kənarına atıldığının şahidi olublar. Lövhənin kim və ya kimlər tərəfindən qırılıb atılması müəmmalı  qalır.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Kəlbəcərin deputatı Aqil Məmmədov lövhənin yenidən əvvəlki yerinə quraşdırıldığını söyləyib:

“Birinicisi, o lövhənin aşırılması şəhidlərə, onların ailələrinə hörmətsizlikdir. Hansı məqsədlə olursa olsun, şəhidin şəkli vurulan lövhəyə o cür yanaşma olmamalıdır. Bu məsələyə laqeyd qalmaq olmaz, hər şey araşdırılacaq. Lövhə çıxarılsa belə, səliqəli şəkildə çıxarılmalı, yeri dəyişdirilməli idi. Kəlbəcər rayonunun polis rəisi lövhənin yerinə quraşdırıldığını söyləyib”, – deyə deputat vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*