Nazir toyuq hinindən Putinlə canlı əlaqə yaratdı – VİDEObackend

Nazir toyuq hinindən Putinlə canlı əlaqə yaratdı - VİDEO

Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev hökumətin iclasında birbaşa toyuq hinindən videobağlantı vasitəsilə iştirak edib.

KONKRET.az xəbər verir ki, təəcübünü gizlətməyən Putin dərhal nazirə quş ətinin qiymətindən narazılığını bildirib.

“Dmitri Nikolayeviç, sizin bizimlə toyuq hinindən ünsiyyət qurmağınız çox gözəldir, bugünkü işinizi, hökumətlə görüşünüzü canlandırır. Bəs yaxşı, toyuq niyə bu qədər bahalaşıb? İlin əvvəlindən quş ətinin qiyməti 27 faizdən çox artıb”, – deyə dövlət başçısı sual edib.

Patruşev öz növbəsində görülən tədbirlər barədə Putinə məlumat verib. O bildirib ki, quşçuluq istehsalçıları sosial məsuliyyətlərini hiss edərək artıq toyuğun qiymətini aşağı salmağa başlayıblar.

Bundan əlavə, Patruşev deyib ki, bazarda tarazlıq yaratmaq üçün quş əti ölkəyə Belarus və Qazaxıstandan gətirilir.


Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*