Kim Çen Inın qızı ilk dəfə ictimaiyyət qarşısında göründü – FOTObackend

Kim Çen Inın qızı ilk dəfə ictimaiyyət qarşısında göründü - FOTO

Şimali Koreyanın “KCNA” dövlət agentliyi “Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışı ilə bağlı fotoşəkillər yayıb. Görüntülərdə KXDR lideri Kim Çen In, həyat yoldaşı Li Sol Cu və adı Kim Cu-e olduğu iddia edilən bir qız əks olunub.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, fotolarda məktəb yaşlı bir qızın Kim Çen Inın əlindən tutduğu və onunla hərbi texnikanın ətrafında gəzdiyi görünür.

Məlumatda bildirilib ki, Pxenyan Beynəlxalq Hava Limanında buraxılan yeni tipli “Hwasong-17” ICBM 4135 saniyə uçub. Raket 998 km uçuş məsafəsinə və 6040,9 km maksimum hündürlüyə malik olub.

Qeyd edək ki, Kim Çen Inın şəxsi həyatı haqqında çox az şey məlumdur. 2013-cü ildə Şimali Koreyaya səfər edən amerikalı basketbolçu Dennis Rodman qeyd edib ki, Kim Çen Inın Cu-e adlı kiçik qızı var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*