SARS-CoV-2 virusuna qarşı peyvəndin birinci partiyası artıq Azərbaycana gətirilib. İlkin mərhələdə kimlərin peyvənd olunması, kimlərə isə peyvəndlərin vurulmayacağı sual doğurur.
Maraqlıdır, ölkədə birinci mərhələdə hansı şəxslərin peyvənd olunması gözlənilir?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev ilk növbədə üstünlüyün risk qruplarına veriləcəyini bildirib:
“İlkin olaraq risk qruplarına daxil olan şəxslər peyvənd olunmalıdır. Bura tibb işçiləri daxildir ki, onlar xəstə şəxslərlə daha çox ünsiyyətdə olurlar. Bundan başqa yoluxduğu halda xəstəliyi ağır keçirməsi ehtimal olunan, yaşı 65-dən yuxarı insanlar, ictimai nəqliyyatdan aktiv istifadə edənlər də bu qrupa aiddir. Həmçinin məktəblərin açılması ilə virusun yayılmasında fəal iştirak edən uşaqlar da ilkin növbədə peyvənd olunmalıdır.
Vaksinasiya nə qədər tez yekunlaşsa bir o qədər yaxşıdır. Vaksin qısa müddət ərzində nə qədər çox insanı əhatə etsə effektivliyi də bir o qədər çox olacaq. Əgər proses 6 aydan çox çəkərsə onda ilk ayda peyvənd olunan şəxslərin immunitetləri zəifləmiş olacaq və daşıyıcı şəxslər onları yoluxdursa nəticə yaxşı olmayacaq”.
A.Əliyev bu şəxslərin peyvənd olunmayacağını qeyd edib:
“Ağır xəstəliyi, yüksək allergiyası olan şəxslər peyvənd olunmamalıdır. Yüksək allergiyası olan insana peyvənd vurulsa o şok keçirə bilər. Buna görə əvvəlcədən allergiyanın olub-olmaması ilə bağlı analiz verilsə yaxşıdır. Bundan başqa orqan köçürülmüş şəxslərin də immun sistemi çox zəif olduğu üçün onlara vaksin tətbiq etmək olmaz.
Peyvəndin vurulması ilə bağlı yaş məhdudiyyəti yoxdur. Təkcə körpə uşaqlar yoluxduqda xəstəliyi yüngül keçirdiyi üçün onlar peyvənd olunmaya bilər”.
Salam hekim menim anam 4 cu dereceli qırtlaq udlaq xercengidir 6 ximya 30 şüa terapiya alıb ona vaksin vurula bilərmi?
Özüm isə astma xestesiyem yüksek teyziq ve hamileyem olar mene vaksin ?
Salam mende medemde yazva var odumde yoxdu ureyimdede problem urey doyuntum cox olur teziq de olur 31yawim var men vurdura bilerem vaksin ya yox?
Salam menim uwaqligim cixib medemde qastirit varelozya var qirija var zòpu.m var elerim qic olur vaksin vurdura bilere.
salam. mənim 30 yaşım. Ürək döyüntü çoxdur. şəkərdə var..təziyim tez tez oynayır. baş ağırılar olur tez tez. mən vurdura bilərəm vaksin?
Salam menim medemde yazva qastrit nevroloji problemler var her seher qaytariram.teziqim var 150-170
Yasim 26 men vaksin vurdursam her hansisa bir problemle yasamaram ?