Kirayə mənzillər üçün müraciətlər üzrə – YENİ TARİX AÇIQLANDIbackend

Kirayə mənzillər üçün müraciətlər üzrə – YENİ TARİX AÇIQLANDI

Kirayə mənzillər bağlı müraciətlərin qəbulu yanvar ayına keçirilib.

KONKRET.az xəbər veriri ki, kirayə mənzillərlə bağlı müraciətlərin qəbulu yanvar ayında bayram günlərindən sonraya təsadüf edəcək. Belə ki, bir müddət öncə kirayə mənzillərlə bağlı müraciətlərin bu ilin sonunadək qəbuluna başlanılacağı bildirilirdi. Hazırda layihədə texniki tamamlanma işlərinin aparıldığı qeyd olunur.

Xatırladaq ki, bu ilin əvvəlində prezident İlham Əliyevin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq edilib. Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Mənzili kirayə edən vətəndaşımızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*