1969-2011-ci illərdə Liviya lideri olmuş Müəmmər Qəddafinin 2015-ci ildə Beyrutda həbs edilən oğlu Hannibal Qəddafi azad edilib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Lebanon 24” portalına istinadən xəbər verir.
Livan hakimiyyəti həmçinin onun barəsində tətbiq edilmiş ölkədən çıxış qadağasını ləğv edib.
Bundan başqa, Livan məhkəməsi 50 yaşlı Hannibal Qəddafinin əvvəllər təyin edilmiş 11 milyon dollar məbləğində girov ödənişindən azad edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Qəddafinin oğlu 2015-ci ildən Livanda həbsdədir. O, qonşu Suriyadan – siyasi sürgündə yaşadığı yerdən “Amal” hərəkatının döyüşçüləri tərəfindən qaçırılmış, sonra isə Livan hüquq-mühafizə orqanlarına təhvil verilmişdi. 2017-ci ildə təqsirləndirilən şəxs 1978-ci ildə Liviyada itkin düşmüş şiə imamı Musa Sədr haqqında məlumatı gizlətməkdə ittiham edilmişdi.
