İlkin məlumata görə, söhbət ləğv edilmiş “Qarant” partiyasının rəhbəri Valeri Tokardan gedir.
KONKRET.az xəbər verir ki, o, özünü Ukrayna prezidentliyinə namizəd kimi təqdim edən vizit kartları paylayır və sonra 160 min dollara “partiyasına” yer təklif edirmiş.
100 min dollar – “üzvlük haqqı”, əlavə 60 min dollar isə onun sözlərinə görə, partiyanın inkişafına ayrılmalı idi. Halbuki həmin partiyanın qeydiyyatı bu ilin oktyabrında təsis sənədlərinin saxtalaşdırılmasına görə məhkəmə tərəfindən ləğv edilib.
Şəxs pulun verilməsi zamanı saxlanılıb.
Ağagül Mürsəlov,
KONKRET.az

