Kiyevli fotobloger Aleksandr Çeban Füzuli aeroportundan reportaj yayımladı – FOTOLARbackend

Məşhur kiyevli fotobloger Aleksandr Çeban Füzuli aeroportundan reportaj yayımladı - FOTOLAR

Məşhur kiyevli səyahətçi- fotobloger Aleksandr Çeban Azərbaycan haqqında reportajlar yayımlamaqda davam edir.

KONKRET.az xəbər verir ki, blogerin növbəti səfərinin əsas məqsədi azad edilmiş Qarabağda rekord müddət ərzində tikilən yeni Füzuli hava limanı olub.

“Tikinti yanvar ayında başlayıb və hava limanı ilk reysi sentyabr ayında qəbul edəcək! Bu ancaq Azərbaycanda mümkündür!”- deyə, tanınmış bloger qeyd edir.

“Qarabağın azad edilmiş əraziləri indi tamamilə cansız bir məkana bənzəyir, lakin buradakı inkişaf planları möhtəşəmdir. Dağıdılmış binaların qalıqları arasında hərəkət edərkən ən müasir infrastruktur obyektlərini, elektrik stansiyalarını, tikinti zavodlarını görürsən və bunların hamısı cəmi 6-8 ay ərzində tikilib!!!”,- deyə Çeban vurğulayır.

Fotoşəkillərdə demək olar ki, tamamlanmış bir uçuş-enmə zolağı, eləcə də tamamilə yığılmış bir terminal təməli, çərçivələrin quraşdırılması və tikilməkdə olan bir nəzarət qülləsi əks olunub.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*