Komadan ayılan müğənni evə buraxıldıbackend

Komadan ayılan müğənni evə buraxıldı

İki ay komada qaldıqdan sonra ayılan müğənni MakSim xəstəxanadan evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə onun meneceri İnstaqram hesabında məlumat verib. O bildirib ki, MakSim övladlarını görmək üçün öz istəyi ilə xəstəxanadan çıxmaq istəyib.

Həkimlər MakSimin tez zamanda sağlamlığına qovuşması üçün isə ona evində yardım edəcəklər.

Qeyd edək ki, ifaçı iyunun 15-də xəstəxanaya yerləşdirilmişdi. Onun test nəticəsi neqativ olsa da, sonradan koronavirusa yoluxduğu müəyyən olmuşdu. Həkimlər sənətçinin ciyərlərinin 75 faizinin sıradan çıxdığını demişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*