Azərbaycan hərbçiləri Pakistanın paytaxtı İslamabadda “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr olunmuş hərbi paradda iştirak ediblər.
KONKRET.az xəbər verir ki, komandolarımız və hərbi orkestrimizin keçidi ayaq üstə və alqışlarla qarşılanıb.
Şərhçi hərbçilərimizi Azərbaycan dilində “Pakistana xoş gəlmisiniz!” sözləri ilə salamlayaraq “Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı!” şüarını səsləndirib.
Digər şərhçi Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük qələbə qazandığını deyib.
Hərbi paradı izləyənlər arasında Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari və Baş naziri Məhəmməd Şahbaz Şərif də olub.