Erməni əsilli rus komediya ustası Qarik Oqanisyan yenidən Gürcüstana buraxılmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Oqanisyan özü sosial şəbəkələrdə məlumat verib.
“Məni yenidən Gürcüstana buraxmadılar…. Təəssüflər olsun ki, belə görünür, mən Ermənistan pasportu ilə belə bütöv bir ölkənin milli təhlükəsizliyinə təhlükə yaradıram.
Oqanisyan ikinci dəfədir ki, Gürcüstana buraxılmır. Oqanisyan ilk dəfə 2022-ci ilin iyulunda ölkəyə buraxılmayıb.