“Kömək etmə, özü qalxacaq” – İndoneziyanın birinci xanımı təyyarədən enərkən YIXILDI – VİDEObackend

"Kömək etmə, özü qalxacaq" - İndoneziyanın birinci xanımı təyyarədən enərkən YIXILDI - VİDEO

“Ona kömək etmə, özü qalxacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. İndoneziya Prezidenti Coko Vidodo və birinci xanım Ariana Coko Vidodo G20 sammitində iştirak etmək üçün bazar ertəsi Bali adasına gəliblər.

Birinci xanım təyyarədən enərkən büdrəyərək yıxılıb. Bu zaman ona yaxınlaşaraq kömək etmək istəyən heyət üzvlərinə Coko Vidodo icazə verməyib.

“Ona kömək etmə, özü qalxacaq”, – deyə əli ilə köməyə gələn şəxsi yaxınlaşmağa qoymur.

Bundan sonra birinci xanım özü ayağa qalxıb və qarşılama mərasiminə qatılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*