Köməksiz qalan 4 yaşlı uşaq belə xilas edildi – VİDEObackend

Köməksiz qalan 4 yaşlı uşaq belə xilas edildi - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2022-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*