Komitə sədri Anar Quliyev Belarusun arxitektura və tikinti naziri ilə işgüzar görüş keçiribbackend

Komitə sədri Anar Quliyev Belarusun arxitektura və tikinti naziri ilə işgüzar görüş keçirib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının arxitektura və tikinti naziri Ruslan Parxamoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

KONKRET.az xəbər verir ki, Komitə sədri “Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığın aktivləşdirilməsinə dair Niyyət Memorandumu” sayəsində qurumlar arasında son illər ərzində şəhərsalma, memarlıq və tikinti sahələrində sıx əməkdaşlığın və geniş təcrübə mübadiləsinin mövcudluğundan məmnun olduğunu vurğulayıb.

Anar Quliyev, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhərsalma sahəsində həyata keçirdiyi islahatların nəticələri, xüsusən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verib.

Geniş məlumata görə minnətdarlığını bildirən Ruslan Parxamoviç son illər ərzində Belarusda tikinti sahəsində aparılan islahatlardan və yeniliklərdən, habelə Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi imkanlarından söhbət açıb.

Görüş zamanı tərəflər şəhərsalma sahəsində dövlət inzibatçılığı, ölkələrimizdə yaşayış məntəqələrinin və tikinti obyektlərinin layihələndirilməsi üzrə əməkdaşlıq və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanlarını da geniş müzakirə ediblər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*