Konfederasiyada nələr baş verir? – Gözləntilər özünü doğrultmadıbackend

Konfederasiyada nələr baş verir? – Gözləntilər özünü doğrultmadı 

Sahib Məmmədovun AHİK-ə sədr seçilməsi son dövrlər ölkədə aparılan kadr islahatları içərisində cəmiyyət tərəfindən maraqla qarşılanan proseslərdən biri oldu. 26 avqust 2024-cü ildən etibarən ölkənin ictimai-siyasi həyatında aparıcı say və qüvvəyə malik olan AHİK nəzərləri yenidən özünə cəlb etdi. Çünki 30 ildən artıq Səttar Möhbalıyev, onun qohum-əqrabası və ətrafı tərəfindən kommersiya obyektinə çevrilən bu sahəyə yeni nəfəsin verilməsi insanlarda bir növ ümid yaratdı. Amma gözləntilər heç də özünü doğrultmadı.

Sahib Məmmədov fəaliyyətə çox kəskin qərarlarla, ciddi qalmaqallarla başladı. Apardığı islahatları düşünülmüş, ardıcıl, davamlı, gələcəyə hesablanmış şəkildə yox, ətrafına topladığı, uzun illər birgə çalışdığı şəxslərin ideya və intellekti ilə aparmağa çalışır. Budəfəki yazımızda ümumi fikirə deyil, konkret faktlara, daxildən əldə etdiyimiz etibarlı informasiyalara istinad edəcəyik.

AHİK-in rəsmi səhifələrindəki paylaşımlara əsasən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata əsasən sədrin 10-dan çox müşaviri var. Nəzərə alsaq ki, müşavir vəzifəsinin əməkhaqqı 4-5 min manat civarındadır, ittifaq üzvlərindən tutulan 2 % məcburi üzvlük haqlarının kimlərin eyş-işrəti üçün xərcləndiyini hesablamaq çətin deyil. Üstəlik, hər müşavir üçün 1 xidməti maşın, 1 sürücü, 1 köməkçi, yanacaq və digər saxlanma xərcləri müəyyən edilib. Odur ki, yaranan rəqəmlər dodaq uçuqladır. Halbuki ölkədə minimum əməkhaqqı 400 manat müəyyən edilib.

Rəsmi səhifələrdən əldə etdiyimiz fotolardan göründüyü kimi, sədrin ən yaxın silahdaşı Nigar Vahabzadə adlı xanım AHİK-in idarəçiliyini, kadr, maliyyə və bütün inzibati işləri birbaşa həyata keçirir. Sədrin bütün fikir və qərarlarına təsir göstərən, hətta onları dəyişdirmək həddinə malik bu xanım quruma Dövlət Vergi Xidmətindən transfer olub. 90-AH-200 nömrəli, son model “Toyota” markalı avtomobillə təmin edilən bu xanım AHİK sistemində ciddi fiqura çevrilib. Əldə etdiyimiz etibarlı məlumata əsasən, sədrin qəbul otağında köməkçisi İlkin adlı məmuru belə təsir altına salaraq, hər gün sədrin qəbulunda olacaq şəxslərin siyahısını öyrənir, onları analiz edir və kimlərin qəbula girib-girməyəcəyini müəyyənləşdirir.

Sosial şəbəkələrdən göründüyü kimi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bundan başqa “Həmkardan-həmkara qayğı ilə” sosial layihəsi, Marafon qaçışı, AHİK Könüllüləri ilə görüş və digər layihələrdə birbaşa rəhbərliyi öz təsiri altına salan bu xanım ancaq özünün şəxsi PR kampaniyası ilə məşğuldur.

Hörmətli Sahib Məmmədov son dövrlər mətbuatda barəsində yazılan xəbərlərdən dəqiq məlumatlıdır. Belə ki, qəbuluna girən, ətrafında olan hər kəsə barəsində yazılan xəbərlər barədə “giley” edir. Ümid edirik ki, 1 milyondan artıq ittifaq üzvünün mövqeyi ayrı-ayrı şəxslərin şəxsi maraqlarından üstün olacaq.

KONKRET.az

  • Raziyyə Maniyeva
    May 16, 2025 - 18:06

    Çox həif ki bu məsələynən bağlı araşdımalar bu sahat başlamısız, ancağ ruslar necə deyilər “лучше поздно,чем
    никогда”.Onu ancağ əlavə etmək istiyərdim, AHİK-in sədri və komamdası həmkarlar ittifaqı fəaliyyətində 0 biıikləri var və bu vaxtaçan rəhbərliyi dövlət prinsiplərlə və üsuularla iş qururdular. ZİYANAN BAŞQA HƏMKARLAR İTTİFSÜI İÇTİMAYİ TƏŞKİLATI HEÇ YENİLİK QƏTİRMİYİBLƏR. O mərkəzlər Mizey kimidi,afı fəhlə ora heç vaxt mütaciyyət efə bilməz.Çox sağol ki bu məsələni üsıdırlmısız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*