Könül Vəlibəylinin qızı ilə bağlı YENİ MƏLUMATbackend

Könül Vəlibəylinin qızı ilə bağlı YENİ MƏLUMAT

Noyabrın 21-də Yasamal rayonunda baş vermiş yanğın hadisəsi zamanı xəsarət alan Ləman Qulamovanın stasionar müalicəsi Terapiya şöbəsində stabil vəziyyətdə davam etdirilir.

KONKRET.az bildirir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Yeni Klinikadan məlumat verilib.

Klinikadan əlavə edilib ki, pasiyentin sağlamlıq durumu mütəmadi nəzarətdə saxlanılır.

Xatırlatma: Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova ötən il noyabr ayının 24-də “Yeni Klinika”ya köçürülüb.

Yanğın zamanı 2018-ci il təvəllüdlü Arzu Qənbərli, 1983-cü il təvəllüdlü Samir Məhəmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova (Vəlibəyli) tüstüdən zəhərləniblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*