Koronavirus mutasiyaya davam edir. XES-in yeni ştammı yayılır.
KONKRET.az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.
Bildirilir ki, Rusiyada iki yeni növ koronavirus aşkarlanıb – Rostov vilayətində və Ufada.
XES variantının sürətlə yayıldığı və onun simptomlarının Omicron subvariantlarına bənzədiyi deyilir: hərarət, boğaz ağrısı, öskürək, qoxu və iştahın itməsi, bədən ağrıları, yorğunluq, baş ağrısı və burun axması.(musavatcom)