Kredit götürən şəxslərə zamin duranların NƏZƏRİNƏ: Bu halda ləğv oluna bilərbackend

Kredit götürən şəxslərə zamin duranların NƏZƏRİNƏ: Bu halda ləğv oluna bilər

“Zaminlik məsələsi kredit münasibətlərində mühüm hüquqi öhdəliklərdən biridir. Belə ki, vətəndaş kredit götürdükdə və borcunu ödəmədiyi halda, öhdəliklər zamin duran şəxsin üzərinə keçir. Bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və zaminlik müqaviləsi vasitəsilə rəsmiləşdirilir”.

Bu fikirləri iqtisadçı-ekspert Asif İbrahimov KONKRET.az-a açıqlamasında deyib:

Məhsulların qiymət dəyişimi- İqtisadi ekspert Asif İbrahimov ilə "1 sual 1  cavab" » 24media.az

“Zaminlik müqaviləsi əsasında 3-cü şəxs üzərinə öhdəlik götürür. Yəni kredit götürən şəxs borcunu ödəməsə, öhdəlikləri həmin şəxs yerinə yetirir. Lakin zaminlik müddətsiz və dəyişməz deyil. Qanunvericiliyə əsasən, müəyyən hallarda zaminliyin ləğvi mümkündür”.

Mütəxəssis bildirir ki, əgər borcalan şəxs kredit müddətini artırır, müqavilə şərtlərini dəyişirsə və bu zaman zaminin razılığı alınmırsa, Mülki Məcəlləyə əsasən şəxsin zaminlikdən imtina etməsi mümkündür. Bunun üçün o, müvafiq müraciət etməklə öhdəlikdən azad olunma tələbini irəli sürə bilər.

“Təcrübədə rast gəlinən hallardan biri də yaşayış yerinin dəyişməsi, xaricə köçmə və ya bank arayışlarına ehtiyacın yaranmasıdır. Bu zaman şəxsin zamin olub-olmaması ilə bağlı arayışlar tələb edilir. Əgər zamin öhdəlikdən azad olunmaq istəyirsə, onun yerinə başqa bir şəxs zamin kimi təqdim olunur. Bu halda, ilkin zaminlik ləğv olunur və yeni zaminin iştirakı ilə müqavilə təzələnir”.

Zaminliyin müxtəlif növləri mövcuddur və hər biri konkret hüquqi nəticələr doğurur. Bu səbəbdən ekspert zaminlik müqaviləsi imzalamazdan əvvəl vətəndaşlara şərtləri diqqətlə oxumağı və mümkün riskləri nəzərə almağı tövsiyə edir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*