Kreml cinayətlərini ört-basdır etmək üçün yeni yalanlar hazırlayır – Britaniya XİNbackend

Kreml cinayətlərini ört-basdır etmək üçün yeni yalanlar hazırlayır - Britaniya XİN

Rusiya rəhbərliyi Ukraynada rus hərbçilərinin vəhşiliklərini gizlətmək üçün yeni yalan hazırlayır. Buna görə də Böyük Britaniya günahkarları ədalətə çatdırmaq üçün maliyyə, kadr və hərbi ekspertiza təqdim etməyə hazırdır.

KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

“Biz bilirik ki, Kreml Ukraynada mülki insanlara qarşı vəhşilikləri izah etmək üçün yeni yalanlar hazırlayır. Dəhşətli zorakılıq aktlarını ört-basdır etmək cəhdləri müstəntiqləri dayandıra bilməyəcək”, – XİN bildirib.

Əlavə edilən videoda qeyd edilir ki, Rusiya qoşunlarının Ukraynada dinc əhaliyə və mülki infrastruktura qarşı çoxsaylı vəhşilikləri barədə təkzibolunmaz sübutlar var və “Putinin müharibəsi yalanlar üzərində qurulub”.

İtaliyanın xarici işlər naziri Luici Di Mayo bir müddət əvvəl bildirib ki, işğalın əvvəlindən Rusiya qoşunlarının Ukraynada törətdiyi vəhşiliklər göz qabağındadır.

Yaponiya Ukraynada mümkün müharibə cinayətlərinin araşdırılmasına kömək etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə erkən töhfələr verib.

Mart ayında 42 ölkənin tələbi ilə Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hərbi cinayətlərlə bağlı istintaqa başlanıldığını elan edib. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan bildirib ki, Ukrayna ərazisində insanlığa qarşı cinayətlərin törədildiyini güman etmək üçün mühüm əsaslar var.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*