Kremldən uzanan “GİZLİ ƏLLƏR”: Kimlər Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməkdə maraqlıdır? – SENSASİON MƏQAMLARbackend

Kremldən uzanan "GİZLİ ƏLLƏR": Kimlər Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməkdə maraqlıdır? - SENSASİON MƏQAMLAR

“Ukrayna müharibəsinin gedişatı fonunda Rusiyanın postsovet məkanındakı mövqeləri getdikcə zəifləyir. Son üç ildə xüsusilə, Cənubi Qafqazda Moskvanın təsir dairəsinin daraldığı müşahidə olunur. Bu proses həm Azərbaycanda, həm də Ermənistanda özünü açıq şəkildə göstərir. Rusiya artıq bölgədə əvvəlki kimi maraqlarını müdafiə və təmin edə bilmir”.

Bu fikirləri politoloq Rizvan Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:

Armenia's destructive position was one of main reasons for its defeat: Azerbaijani political scientist | News.az

“Bakı-Moskva münasibətlərinin gələcəkdə daha da mürəkkəbləşəcəyi proqnozlaşdırılır. Bu gərginliyin səbəbkarı Azərbaycan deyil, məhz Rusiya daxilindəki siyasi çəkişmələrdir.

Politoloq Kremlin daxilində müxtəlif hakim qruplar arasında mübarizə getdiyi, bunun isə ölkənin xarici siyasətinə mənfi təsir göstərdiyini vurğulayır.

“Son olaraq Yekaterinburqda azərbaycanlılara qarşı baş vermiş zorakılıq hadisəsi bu narahatlıqları bir daha artırıb. Bu insident təsadüfi deyil. Kreml daxilindəki bəzi güc strukturları bu kimi hadisələrlə Azərbaycan-Rusiya münasibətlərini süni şəkildə gərginləşdirməyə çalışırlar. Halbuki, son dövrlərdə tərəflər arasında münasibətlərdə yumşalma müşahidə olunurdu. Hazırda Rusiyada hakimiyyət daxilində dəyişikliklərin getdiyi, müəyyən dairələrin zəiflədiyi, digərlərinin isə güclənməyə çalışdığı bildirilir. Bu qeyri-müəyyənlik və daxili qarşıdurmalar yaxın gələcəkdə Moskvanın xarici siyasətində ciddi problemlərə səbəb ola bilər. Ancaq Azərbaycan tərəfi vəziyyəti diqqətlə izləyir və münasibətlərin qorunub saxlanmasına maraqlıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*