Mayın 17-nə keçən gecə Sevastopol bölgəsində partlayış səsləri eşidilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası və yerli Telegram kanalları məlumat yayıb.
Qeyd olunur ki, şəhərdə atışma və partlayış səsləri eşidilib. Şəhər qubernatoru Mixail Razvozjayevin sözlərinə görə, “Sevastopol pilotsuz uçuş aparatlarının hücumunu dəf edir… Hazırda bir neçə obyekt artıq dağıdılıb, mülki infrastruktura heç bir ziyan dəyməyib”. O, atıcı silahlardan istifadə olunduğunu iddia edir.
Crimean Wind Telegram kanalı Balaklava şəhərində pilotsuz təyyarənin hücumundan yazır. Şəbəkə Balaklava İstilik Elektrik Stansiyasının hücumun hədəfi ola biləcəyini ehtimal edir. Sevastopolun bəzi ərazilərində elektrik enerjisi yoxdur. Razvozjayev işıqla bağlı problemləri Sevastopol yarımstansiyasında PUA-nın düşməsi ilə izah edib. O, “hücum dəf edildikdən sonra” obyektdə təmir işlərinin aparılacağını deyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az