Ukrayna ordusu Krımda Rusiyaya məxsus S-400 radiolokasiya stansiyasını məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
“Sentyabrın 30-da Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Krımda Rusiyanın “Triumf” hava hücumundan müdafiə sisteminin RLS-nə hücum PUA-ları ilə zərbələr endirib”, – məlumatda qeyd olunub.