Krımda Zelenskiyə məxsus mülk müsadirə olundubackend

Krımda Zelenskiyə məxsus mülk müsadirə olundu

Krım Dövlət Şurası Rusiya Federasiyası vətəndaşlarına, ona bağlı təşkilatlara və Rusiyaya qarşı qeyri-dost hərəkətlər planlaşdıran və ya törədən xarici şəxslərə məxsus daşınmaz əmlak obyektlərinin milliləşdirilməsi haqqında qərar qəbul edilib.

KONKRET.az xəbər verir ki, milliləşdirilən obyektlər arasında Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş “Krım tatar xalqının Məclisi” ekstremist təşkilatının Simferopol şəhərinin Şmidt küçəsindəki binası və Ukrayna prezidenti Volodimir Zelenskinin mənzili də var.

Bundan əlavə, ukraynalı sahibkaralar məxsus çoxsaylı mülkiyyət milliləşdirilib.

Beləliklə, Rinat Axmetov, İqor Kolomoyski, Serhiy Taruta, Arseni Yatsenyuk, Nestor Şufrıç da daxil olmaqla, ukraynalı iş adamları və siyasətçiləri yarımadada əmlaklarını itiriblər.//Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*