Kriştianu Ronaldunun bioloji yaşı öyrənildibackend

Kriştianu Ronaldunun bioloji yaşı öyrənildi

“Ən-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun bioloji yaşı 28-dir.

KONKRET.az oxu.az-a istinadən bildirir ki, bu barədə məlumatı “Whoop” şirkəti sosial şəbəkə hesabında paylaşıb.

Müvafiq araşdırma aparan şirkət 40 yaşlı Ronaldunun bioloji baxımdan özündən 12 yaş kiçik olduğu qənaətinə gəlib.

Portuqaliyalı ulduz bu xəbərə sosial şəbəkə hesablarında “məlumatlar yalan danışmır” yazaraq reaksiya verib.

Qeyd edək ki, karyerasında 954 qol vuran Ronaldu hazırda dünya futbol tarixinin ən yaxşı bombardiridir.

Kriştianu Ronaldunun bioloji yaşı öyrənildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*